пятница, 23 сентября 2011 г.

суббота, 29 января 2011 г.

MİSİRDƏN ÇƏTİN SUALA CAVAB...

Qəşəng şəkildi, eləmi? Facebook-da ən çox rəğbət bəslənən foto oldu bu. 2-3 gündü ayağa qalxan Misir xalqı, ən azı, belə bir şəkil çıxarıb ortaya! Bunun ardınca İNQİLAB gəlir. Misirdə inqilab olacaq, inqilabda misir olacaq, misirlə inqilab bir olacaq, ancaq Azərbaycan heç olmasa, belə bir qəşəng şəkil ortaya çıxaracaqmı...? Çox çətin sualdı eləmi? İnqilabda oturan Məleykə Abbaszadənin TQDK-sı bu sual üçün cavab variantları qayırsın. Görək Misirin başında durduğu təhsil buna cavab verə biləcəkmi?

Maa da EV verin!

KİVDF deyilən bir şey var. Bu şeyi dövlətin jurnalistlərə yardım eləməsi üçün fikirləşiblər. Xəbər çıxıb ki, həmin bu şey 3 dənə 16 mərtəbəli bina tikəcək və o binada ehtiyacı olan jurnalistlərə ev verəcəklər. Ehtiyacı olan?
Səmimi deyim, mənim ehtiyacım yoxdu. Dövlətimiz elə dövlət deyil ki hansısa vətəndaşı ehtiyac içində olsun! Hələ qalmışdı jurnalisti... Centlmenlik xatirinə birini də mənə versəz o evdən, yaxşı olar. Qonşularım hamısı jurnalist olacaq. Əladı da bu! Bezmişəm qonşumun əlindən. Demokratik təfəkkürlü deyil. Dövlətimiz demokratikdir. Ona görə demokratik vətəndaşlarına sahib çıxacaq deyə, əminəm. Maa da Ev verin!

понедельник, 17 января 2011 г.

вторник, 30 ноября 2010 г.

вторник, 14 сентября 2010 г.

AFFA-nın zəif bəndi


Azərbaycan futbolu anarxiya dövrünü yaşayır. Azərbaycanda nə anarxiya dövrünü yaşamır ki?
Günün sualı deyilən şey var. Bu sual əsrin sualı olacaq deyəsən.
Keçən həftə milli komanda Almaniyaya 6:1 uduzdu. Yaşar Nuriyev demişkən, yox e, cəhənnəmə ki 6:1, söhbət odu ki, pis oynadı, çox pis.
Başlayıblar tənqidlərə. bir tərəf deyir ki, Foqts bizim şərəfimizi batırdı, o biri deyir ki, Fotqsu istefaya göndərib yerli məşqçi (Məsələn, Q.Qurbanov) gətirmək lazımdı. Ən axırıncı versiya budu ki, Elxan Məmmədov da, Foqts da istefaya göndərilməlidi.
Əsas da gətirirlər ki, Məmmədov AFFA-nın baş katibi vəzifəsindən sui-istifadə edərək Foqtsun müqaviləsinin uzadılmasında rol oynayıb. Düzdü, elədi.
Bu ölkədə Foqtsu çoxdan istəmirlər, onu tənqid edirlər, faydasız olacağını deyirlər - jurnalistlər, futboldan başı çıxanlar.

Söhbətin bura qədərini bilirsiz. Ancaq bilirsiz ki, Məmmədov Foqtsun istefasını heç vaxt istəməz və ya özü bu qərarı verməz...

Heç Foqts da istefa verməz. Çünki alman məşqçi elə bir müqavilə bağlayıb ki, əvvəla onu istefaya göndərənin gərək 4 milyon avrosu olsun təzminat verməyə.
Bundan başqa Elxan AFFA-nın prezidenti Rövnəq Abdullayevə hesabat vermək məcburiyyətində olacaq. Əgər əmin deyildinsə, niyə filan qiymətə onu gətirdin bura-filan və s. və i.
Elxan Məmmədovun Foqtsla əlbir işlədiyi, illik 2 milyon avronu birlikdə "yedikləri" futbol təsərrüfatında olan əksəriyyətin sevimli söhbətidi. Məsələn, Azərbaycanda özünü doğrultmuş Coko Haciyevski kimi məşqçi var ki Foqtsdan dəfələrlə yaxşı iş görər. Ancaq bilirsiz işin zibili nədədi? Axı Haciyevskiyə, tutalım, 2 milyon vermək çətindi. Onun Foqts qədər nüfuzu və ya nə bilim, "almanlığı" yoxdu. Futbolda da işi nüfuz həll etmir.
Elə isə kimə hesab soraq?
Abdullayev futboldan 1 qram da anlamayan, "sadə bir neftçidi". Elxan Məmmədov da çoxbilmiş görünüşüylə hər dəfə göstərir ki, heç nə bilmir.
Qadınlardan ibarət yığmanın problemində Məmmədovun buraxdığı səhvlər, ardınca bu səhvlərin vurduğu dağıdıcı ziyan, Foqts məsələsində inadkarlığının faydasız nəticəsi... Məmmədov işi bacarmır. AFFA-da pulu xərcləmək ona həvalə olunub, amma adam Foqtsla və başqa almanlarla əlbir olub, zamanı və pulu havaya sovurmaqla məşğuldu.
Yoldaş Məmmədov, bunlar boş ittihamlar deyil, siz dəfələrlə göstərmisiz ki, qərarlarınız ən yaxşı halda eyforeyadı.

Son açıqlamalrının birində deyib ki, Rusiya kimi komandayla heç-heçə edəndə, Lixtenşteyni udanda Foqtsu alqışlayan, komandanı tərifləyənlərdi indi onu istefaya çağıranlar.

Pardon, deyəsən, Məmmədov himayə etdiyi bəzi mətbu orqanlardan başqa heç kəsin fikrini xatırlamaq istəmir. Rusiyayla və Lixtenşteynlə oyunlarda "danışılmış" nəticələrin olduğunu yazıb, arqumentlərlə göstərənlər çox idi. Həmin ərəfədə bu nəticələr mütləq lazım idi ki, Foqtsun müqaviləsinin yenilənməsi üçün Rövnəq Abdullayevin "qulağını doldurasız". Bəli, Rusiya və Lixtenşteyn oyunları hətta Azərbaycanda futbolun inkişaf etdiyi kimi sərsəm iddialarla təqdim olunmağa başladı. Niyə həmin iki oyundan əvvəl və sonra ardıcıl uğurlu nəticələr olmur? Heç uğurlu nəticə bir kənara, lazımı oyun göstərə bilmir komanda.

Siz işin absurdluğuna baxın. Foqts ilk iki ilin tamamında heç bir dəyişikliyə nail olmadan, ölkə futbol infrastrukturunda edəcəyi islahatları haqda vədlərin hesabatını vermədən, mətbuat önünə çıxıb fəaliyyətinin nəticələrini müzakirə etmədən onunla yenidən ikiillik müqavilə bağlanır. Hətta yeni müqavilədə aylıq məvacibi 95 min avrodan 150 min avroya qaldırılır ki, bundan sonra Azərbaycanda daha çox vaxt keçirsin.

Baş vurulan uğursuz ikillik periodda Foqts ayın ən çox 10-15 gününü Bakıda keçirirdi. Yalnız rəsmi və ya yoldaşlıq oyunları ərəfəsində gəlib, komandanı harasa aparırdı. Hələ indi razılığını alıblar ki, heç olmasa, ayın 3 həftəsini Azərbaycanda keçirt, çempionatın oyunlarını izlə... Bilmirəm, kim burdan bir məntiq hasil edə bilər - belə məşqçi futbolunda dirçəlişə ehtiyacı olan bir ölkədə nə qədər faydalı olar? Həm də artıq bu məşqçinin Azərbaycan KİV-i ilə ifrat eqoist münasibəti, xarici mətbuatda ölkəmiz haqda ironiyalı fikirləri onun bu ölkəyə münasibətini bəlli etmirmi sizə?

Sadalanan detallar Fiqts burda olandan danışılır, yazılır, müzakirə olunur. Ancaq heç bir dəyişiklik və irəliləyiş hiss olunmur. Onsuz AFFA-nın tutduğu yolda problemlər həddən artıqdı, heç olmasa Foqts qalmaqalında tənqidi fikirlərə baxmaq lazımdı. Xüsusən, Məmmədov buna borcludu. O, bu qədər qarmaqarışıqlığın yaranmasında birbaşa məsuliyyət daşıyır. Son olaylar göstərir ki, Məmmədovun istefasını tələb etmək vaxtıdı. Növbəti uğursuzluqlar uçuruma aparır.

futbolpress.az

"Mahmudkimilər" və biz...


1973-cü ilin yazında Xanlar əminin evinə sevinc doldu - oğul övladı Mahmud dünyaya göz açmışdı. El içində hörmət-izzət sahibi idi ailəsi Xanlar əminin. Mahmud Gəncənin əzəmətli, şeiriyyat dolu tarixini xasiyyətində daşıdı. O, məhləsində sakit, doğma təbiətiylə sevilən birinə çevrildi. Uşaq yaşlarında futbol həvəsi bürümüşdü ürkək canını. O da, sonradan məşhur futbolçuya çevriləcək təhsilsizlər silsiləsindən biri olacaqdı. Sevmirdi kitab-dəftəri, ancaq onun futbolu ayrı bir dərs, oxunmalı kitab idi.
Mahmud böyüyüb, böyük futbolçu oldu, sonra onun böyük pulları oldu, sonra böyük maşını, sonra böyük evi, sonra, sonra...
Siz bura qədər yazılanların romantikasından kövrəlib göz yaşınızı saxlaya bilmirsiz, mən isə davam edirəm, Mahmud haqda bir az da danışacam.

Mahmud Qurbanov ötən həftə, ondan da bir həftə əvvəl yazılan "Nüfuzunu pula dəyişən adam" yazısına görə həmkarımıza hücum etdi, onu döydü. Qandırmaq istədi, qan axıtdı. Qanmaq istədik, qan gördük, vəhşətə şahid olduq. "Bu, Mahmud ola bilməz" - hadisəni eşidən hər bir həmkarımız təəccüb dolu arayışına bu sözlərlə başlayırdı. Elədi, biz də Mahmudu ən sakit, həlim xasiyyətli bir futbolçu bilmişik. Mahmudu çox sevmişik, ona "professor" ləqəbi də vermişdik. Ancaq təəccüblənməyə dəyməz, məgər "professorun" buynuzu olmur?

Mənə qəribə gələn və dərhal da gedən odu ki, azərbaycanlı futbolçu və sairi idman jurnalistinə qarşı dişlərini qıcamış vəziyyətdə dayanıb. Səbəb nədi? Günah jurnalistdədi, yoxsa...?
Haşiyəsi məlumdu: idman jurnalistikasının "professorları" və futbolçu "professorlar" var və onlar arasında belə problem yoxdu. Çünki onları birləşdirən və ətrafdan ayıran bir məqam var - dırnaq! Dırnaqarası olmaq problemi!

Güzgü olanlaradı hər an belə təhlükə, narahatlıq. "Professor" güzgüdə özünü "demon" qiyafəsində görəndə ona hücum edir, təpik atır. Öz qiyafəsini dəyişmək ağıla gəlmir, dırnaq mane olur...
Mahmud yazılanı üzündən yaxşı oxuya bilmir, latın qrafikasını isə lap çətin oxuyur. Ancaq jurnalistə zəng edib - "Sənin nə ixtiyarın var mənim haqqımda belə yazırsan?!" - deməyi lazım bilir. Sonra rahatca redaksiyaya gəlib, jurnalisti təpikləyir. Bəli, son günlərin aktual müzakirəsidi - görəsən bizim "professorumuz", təmkinlimiz təpik atmaqla kifayətləndisə, o birilər hansı sürprizi gizləyir?

Mahmud Azərbaycanın on qat çempionudu... O, yeddi yüz dənə qol vura bilər, yeddi min yeddi yüz yetmiş yeddi pas verə bilər, ancaq jurnalistə bir dəfə də olsun, təpik atmaq niyə...? Bax, burda Mahmudluq və ya jurnalistlik bir iş yoxdu. Azərbaycan futbolçusunun böyük hissəsi potensial Mahmuddu, real "professor"du. O, verilən bütün sualların cavabında hıqqanan, ya da ən yaxşı halda "mən nə deyə bilərəm ki..." - deyən "avtoş"du. 4.6-dan tutmuş, 5.5-ə qədər at gücü olan motor, avtomat karopka, son model inomarkadı. Ancaq futbolçu deyil.

Azərbaycan futbolçusu ən yaxşı halda "qapı dirəyinin azca kənarından keçən" zərbənin müəllifi, yaxud qolluq ötürmədi. Azərbaycan futbolçusu QOL ola bilmir. Onun qol olmaq, hesabı açmaq problemi var. Onun qol "bakirəliyini" pozmaq istəyən jurnalist isə sərtdi, əlbəttə. Mənim hələ bu bakirə "çəpişi" əzizləyən klub rəhbərlərindən, başda Ağasəlim Mircavadov, ayaqda Vaqif Sadıqov kimi "futbolumuzun ağsaqqalları" zümrəsindən gələn "qara buludlardan" gözüm su içmir. Onlar bütün güzgüləri sındıracaqlar, "demonların" hakimiyyəti bərqərar olmalıdı... Düz yazan, o cür yol göstərən, klub rəhbərlərindən, futbolçudan, soldan, sağdan gələn təzyiqə baxmadan problemdən danışan jurnalistlərin qarşısına "dırnaqlı jurnalistlər" və "demonlar" kütləsi hazırlanır. İllər buna sərf olunur. Onlar çoxalır, törəyir, məqsədə doğru gedirlər...

Əşi, heç nə.. guya biz yazdıq, yazını oxuyan dostumuz da durub hər şeyi düzəltdi. Onsuz da işimizdən geri dönənə oxşamırıq. Gözləyək, görək, başımıza nə iş gəlir.

Günah səndə deyil, Mahmud...

E L Ç ! N | azejalilov@gmail.com

воскресенье, 20 июня 2010 г.

Anti-Vuvuzela


Biz ermənilərə balaban azarını tərgidə bilmirik, FİFA da CAR-ın muhafizəkar camaatına vuvuzelanı. Dirəniblər ki, milli alətimizdi, təbliğinə fürsət düşüb. Günümüzə bax da...

Ermənilər "Avroviziya"da hər dəfə balaban səsi çıxarmasalar, elə bil başlarına daş düşər.

Burda deyirlər e, hərə bildiyini çalır. Bir də ki bu, normal şeydi, kim daha yaxşı çaldısa, dünya-aləm onun səsini eşidir. Etirazınız yoxdusa, davam eləyək.

Milçək vızıltısı yaradan bu alət dünya çempionatında sükutu pozan tək şeydi - papamın dediyinə görə, bu qəşəng sözü TRT1-in şərhçisi işlədib. Adama elə gəlir ki, Azərbaycanda 1 milyard ildən sonra da belə kreativ şərhçilər olmayacaq. Rövşən Binnətlinin səsi lya notundan bir qram da aşağı enməyəcək, amma ...Kapellonun seçimindəki problemləri analiz etmək haqqımız olmasa da, komandanın göstərdiyi oyun bunu düşünməyə, danışmağa səbəb yaradır... kimi uzundraz, bozbaş cümlələrlə ölkəmizin ən təcrübəli şərhçilərindən biri olaraq qəlbimizdə daima yaşayacaqdır...

Allah kəssin DÇ-nizi. Qızların çoxu futbolu sevmir. Özü də fikir verin, sual versən, sevməyənlər bunu xüsusi təmtəraqla ətrafa bildirir - "futboldan zəhləm gedir!!!" - məsələn, bu cür və s.

Çünki səbəb var - onun "Nəbisi", "Babəki", allah qoymasa, "Koroğlusu" futbol vaxtı hiss elətdirir ki, futbolu ondan da çox sevir.

AzTV-dən də qoca Fikrət Adgözəlov deyir ki, "...futbol dünyanı xilas edəcək". Bilirəm, bunu Brilliant Dadaşovanın verilişində, "qurtuluş günü" adlı bayrama həsr olunmuş buraxılışda demək yemək yemək kimi bir şeydi. Ancaq Fikrət əmidən qat-qat üzr istəyirəm, bizdə böyüyün üzünə qayıtmazlar, yoxsa "evdə qalarsan" - deyirlər, mənə çatmadı, futbol necə, nə cür xilas edəcək dünyanı? Ya futbol buna borcludu? Ya FİFA-nın belə bir öhdəliyi var? Niyə də, Fikrət əmi, niyə? Sizə niyə elə gəlir ki, futbol dünyanı xilas etməlidi? Niyə boş-boş danışmaqdan əl çəkmirsiz...

AzTV-yə daimi baxanlar elə bilir ki, Qarabağ çoxdan azad edilib. Həqqi deyirəm, vallah! Orda işğal söhbəti yoxdu, biz Qarabağı artıq almışıq, qalıb sənədləşdirməyi... Yəni bu kanalda hər şeyin xilasından danışırlar, vasitədən danışan yoxdu. Əsəbləşdim e deyəsən bir az, hə? Yaraşmır da heç...

Qulağıma çatıb ki, Tahir Süleymanov yay mövsümünə adaptasiyanı priçoskasından başlayıb. Bir balaca önə buraxılan və alnı qapayan tərzli saç düzümü günəşin ultrabənövşəyi şüalarının qarşısını almaqda faydalıdı. Ümumiyyətlə, həmişə faydalı əməllərlə məşğul olan bu adam hələlik ki bütün bu qazandıqlarına görə Sadıq Sadıqova dərin minnətdarlığını bildirməyi də unutmur.

Yuxarıdakı abzas Tahir müəllimə hədsiz simpatiyamın bəhrəsidi. Bu adam nəsə ayrı aləmdi ee..! Xeyli vaxtdı televizora da çıxmır. Düşünürəm ki, vuvuzela söhbətində xeyli kənarlaşdıq, amma faydalı.

Ramin Musayevin müasir, intellektual sözlərdən zəhləsi gedir, bunu uşaqlardan eşitmişəm. Ancaq bu tip sözlərin Musayevdən ötrü sinov gediyini eşitməyimə gərək yoxdu, özüm də bilirəm. Həm də bilirəm ki, ona verdiyin sualda termin-filan işlətsən, evin yıxıldı, əsəbindən müsahibəni yarımçıq qoyub, çıxıb gedəcək. Ona görə də vuvuzela nə olan şeydi, qoyaq kənara, Ramin müəllimdən astaca soruşaq: Ramin bəy, dünya çempionatının səviyyəsi yüksəkdi, yoxsa Azərbaycan Premyer-Liqasının?

Günay ELTAC

суббота, 5 июня 2010 г.

Çiləmə ki...


Azərbaycanda futbolun inkişafı üçün AFFA-nın həyata keçirdiyi vacib, təxirəsalınmaz işlərdən biri də "Top festivalıdı". Analoqu olmayan bu tədbir indiki rəhbərliyin ağlının eksklüziv məhsuludu. Rövnəq Abdullayev assosiasiyaya prezident keçəndən sonra tez-tez dediyi "...kütləviləşməlidir!" - sözünü əmələ çevirib və ənənə halına salıb.

Artıq neçə ildi ki, aşağı yaşlı top həvəskarlarını bir yerə toplayıb yuxarıda deyilən kütləviləşmə niyyətini həyata keçirirlər. Sumqayıtda təşkil edilən budəfəki topçiləmə mərasimindən xoş xəbər var: ötənkilərə nisbətən, bu dəfə top çiləməyə maraq xeyli artıb. AFFA-nın saytında tədbirdən hazırlanmış videorolikə baxdım, həqiqətən, elə idi. Əynində forması sallaşan balaca futbol fidanları topa yerə düşməyə aman vermirdilər. Bir neçə il də belə davam eləsə, ölkə futbolu AFFA-nın sayəsində janqlyorların əlinə keçəcək.

Tədbirin daha bir özəlliyini onda gördüm ki, hakim`i-katib`i-Elxan Məmmədov "Avroviziya"dan tanıdığımız Aysel Teymurzadənin pərəstişkarıymış. Festivalın girişində oxuyan müğənni, "Mən oğlan olsaydım, məmnuniyyətlə futbolçu olardım" deməyi də unutmayıb. Məmmədov tədbirdə çox şad görünüb.

Adına baxanda bir az məzəli görünsə də, əslində, topçiləmək tədbirinin futbolun kütləvişləşməsi adına uğurlu seçim olduğunu qeyd eləmək olar. Ancaq Azərbaycan kimi ölkələrdə yox. Bizdə bu tip işlər "pul silmək" niyyətiylə görülür...

Azərbaycanda futbolun kütləviləşməsi üçün dəridən-qabıqdan çıxmağa gərək yoxdu, hörmətli federasiya əhli! Bir az peşəkar olmaq lazımdı ki, bölgələrdə, kəndlərdə təbii istedadları üzə çıxarıb, onlarla iş görülsün. Bir İslam Kərimovumuz var, o da onun-bunun uğuruyla təsəlli tapır. Adamın heç olmasa yolpulunu versəz, gedib sizinçün futbolçu da tapar, onu yetişdirər də, hələ üstəlik, müxalifliyindən də əl çəkər. Heç top festivalı kimi konsertlərə ehtiyac qalmaz.

Açığı, siz kütləviləşmə üçün xərclədiyiniz pulları, bir balaca, havaya sovurursuz. Çünki Azərbaycanda insanları öz oyununa stadionda baxmağa vadar edəcək futbolçu çox azdı, siz bunun xiffətini çəkin. Camaat futbola heç televiziyadan da baxmaq üçün stimul almır. AFFA-nın saytı yazır ki, "Gərgin mübarizədən sonra «Top Festivalı»nın qalibi adını Tural Bayramlı qazanıb. 2-ci yeri Ramil Orucov, 3-cü yeri isə Ülvi Bayramlı tutub. Qızlar arasında yarışın qalibi Nərminə İsmayılova olub". Görəsən, həmin bu gərgin mübarizə Tural, Ramil, Ülvi və elə Nərminəyə "Hyundai"ın sir saxlanılan hədiyyələrindən başqa nə qazandırdı və yaxud, kütləviləşməyin bu hoqqaya nə dəxli... Hanı bundan əvvəlki topçiləyən birinciləriniz? Bir Rəhman Şabanovu qazanmışdıq, onu da Ukraynaya futbol savadını artırmağa göndərdiz, sonra ondan da əsər-əlamət qalmadı.

Yalan deyirəmsə, Ramin Musayevdən soruşun, o təsdiqləyər, "Top festivalı"nın böyük həvəslə və böyük pullarla keçirilməsi Elxan Məmmədovun şəxsi marağındadı. Bu cür düşünməyə əsasım da var: adama deyirsən ki, uşaq futbolu məşqçiləri peşəkarlığın kənarından da keçə bilmir, uşaqlarla böyük kimi davranır, söyüş söyür, məşq əvəzinə gimnastika elətdirir və s. heç eninə də almır. Bu şeyləri ruscaya tərcümə eləyib deyirsən, yenə xeyri yoxdu, Məmmədov uşaq futboluna fayda verəcək heç bir genişplanlı işə qol qoymaq istəyində deyil. Amma topçiləmək yarışını canfəşanlıqla keçirir, çünki bundan asan iş yoxdu. Sual verəndə də dərhal inkişaf adına görülən işlərin birinci sırasında bu şeyləri sadalayır. Hələ xəbəri olsa ki, bu yüngülvari işlər futbolun inkişafına aid o yekəlikdə dövlət proqramı çərçivəsində görülür, Berti Foqtsu belə, hıçqıraq tutar. Azərbaycan futbolu bir kənara, heç olmasa əziziniz Foqtsa insafınız gəlsin, Mr`Məmmədov!

среда, 7 апреля 2010 г.

Futboldan çıx (-)


- Salam, avara, necəsən?
- Oooh.. mənə də sorarmışlar necə olduğumu...
- Bilirsən, əslində, onsuz, halın-əhvalın adında yazılıb.
- Niyə? Mənim adım ki avara deyil...
- Hmm... Adsız cənab, söhbət eləməyə canlı varlıq tapmadım, bir az suala tutacam səni.
- Hansı sualların cavabsızdı belə..?
- Çoxdu... amma səninlə danışıb bir yazı yazmaq istəyirəm. Bilirsən, avara, futboldan yazıram. Kimə nə sual verirəm, eyni cavablar alıram. İnsanlar niyə bir-birini təkrarlayır, anlamıram.
- Bax, həyatı dərk eləmək "futbol da bir dünyadır" deyənlər üçün deyil. İnsanların bir-birini təkrarlaması isə əzəldəndi. Adəm həvvanı təkrarladı, buna görə, hər ikisi cəhənnəmə düşdü, bu arada biz - insanlar yarandıq. Təkrarlanmışlarıq biz. Anladınmı sualın cavabı hardan başlayır... elə isə cavab axtarmağa çalışma.
- De görüm, avaralıq həyatının fəlsəfəsi nədədi?
- Eeeh... Sualdakı cazibəyə bax. Sənə sadə bir şey deyəcəm. Bilirsən, problem nədədi, hər cazibəli suala aldığımız qarlı, yağışlı, bürkük, boranlı cavab... Biz cazibəyə meyl edib, boranı aşkarlamağa çalışan varlığıq. Bu qədər qəliz, qəddar varlıq məlumdumu sənə..?
- Dostum, səninlə söhbətim alınar. Yazıma mövzu ver: bax, bu qədər pul! Amma pulsuzluq da olub. Futbol oynayırlar. Pulsuz vaxtlarında da, indi də. Sən də avara; futbola baxmaqdan, "stavka"dan başqa, əlindən yalnız daha çox avaraçılıq gəlir.
- Sən məndən ağıllı cavablar gözləyirsən deyəsən.. Əzizim, mənimçün futbol Erik Kantona idi: orta barmağını stadiona nəyə görə toplaşdığını dərk eləməyən insanlara göstərməklə ən layiqli jest... Bizim futbolda o barmaq altdan, üstən, sağdan, soldan göstərilir. Hər an, hər dəqiqə. Görünən barmaq Ramin Musayev də ola bilər, Tahir Süleymanov da, Ağasəlim Mircavadov da... Görünən barmağa nə bələdçi, sən yumulan digər barmaqları görsən... Beş manat üçün dalını-qabağını düşünməyən aclafkimilər fəsiləsini süpürüb atmaq bu avara canımın bir nömrəli görəvidi...
- Elə ona görə bu günə düşmüsən.
- Sən hardan biləsən nə demək istəyirəm mən, ay rəzil bəndə. Həyatdan saysız sual verərsən, amma desəm ki, həyat hər bir hərfi yaşamaq qədər qəlizdi - bunu anlayanda Raskolnikovun qaldırdığı, amma 14 səhifədə vura bilmədiyi baltanı birinci səhifədəcə alnına çırparsan... Mən incə və qalın samiti yaşamağı, cingiltili samitdən karına yetməyi...
- Hara getdin?! Dayan bir, futboldan danışıram ee...
- Onda orta barmaq qüvvəsindədi. Biz bir xalq kimi, qövm, millət, icma kimi insansızlığın zirvəsindəyik. Sən düşünə bilərsən ki, burda futboldan yazan, danışan jurnalisti, onun prezidenti, vitse-prezidenti, icraçı direktoru, mətbuat katibi - hamısı o zirvəyə can atır... Haqlısan, buyur, düşün, heç olmasa düşünməklə var olduğunu hiss et. Onlar düşünmürlər, onlar 400 qramlıq topla mövcüd olan futbolun 400 qramdan az qanla təchiz olunan cəsəddilər. Ölülər futbol oynayır - necədi, gözəl səslənir? Bu da sənə cazibə. Boranı gözlə...
- Bəyəm kantonalar bütün futbolu sarsa, fikrin dəyişər bu haqda?
- Kantonanın orta barmağı və onu hamıya göstərməyi bacaran xasiyyət həmişə lazımdı. Bu gün hara addım atırsan, orta barmağı görməyə can atanlarla rastlaşırsan, hətta müvafiq nahiyyələrinə soxmaq üçün əlindən gələni eləyənlər... Onlar bilməlidi ki, cızıqdan nə qədər çıxıblar. Məsələn, Böyükağa Haciyev az jurnalistə söz verib, sonra ona "atıb"?... Ya Tahir Süleymanov, ya Ramin Musayev, Elxan Məmmədov... Al-ver dünyasıdı, əzizim, zövqlər də alınıb-satılır. Torpaq altında çürüyən insan bədəni - onların yorğanında çürüyən jurnalist bədəninin üfunəti... Hansısa jurnalist günün birində hansısa klubun mətbuat xidmətində axırıncı yolla işə düzəlir, səhəri gün yuxudan duran kimi, rəhbərinə, "Nə yazırlar yazsınlar, fikir vermə!"- deyib, orta barmağa layiq olduğunu sübut eləmirmi...
- Düzələcək?
- Yox, əyiləcək. Mən hardan bilim? Get AzTv-dən soruş. O gün biri yoldan keçəndə yaxınlaşıb ovucuma qəpik qoymaq istəyirdi. Səbəbini soruşuram, deyir, dilənçi deyilsən, götür də, hələ şükür elə ki... Dedim, sənin hər zaman bu qəpiyə ehtiyacın ola bilər, amma mənim yox. Çünki sən bu ölkədə işçisən, mən isə işləmirəm.
- Hardandı səndə bu cəsarət? Bu qədər sərt danışırsan, lap heyranam sənə...
- Elə ona görə də... Ona görə ki, avarayam!

четверг, 1 апреля 2010 г.

"Böyük oyun"dan böyük oyun...


- Kim deyir Azərbaycanda futbol var və ya olacaq..?! Rövnəq Abdullayev?
- Mən bu OYUNU Lənkəranda izlədim. ...Çempionatın bir çox oyunlarını pərdəarxasındakılarıyla birlikdə izləmişəm. Rövnəq Abdullayev əmin olsun ki, o, bu ölkənin avam camaatının "cibinə girib" talamaqla məşğuldu... Nə emosiadayam, nə də canfəşanlıq eləyirəm - sadəcə, dövlətin sosiuma qarşı "getto" siyasətinin hər gün daha də ifrat hal aldığını təkrar edirəm. Lənkəranda gördüklərim bu ölkənin futbolu haqda müşahidələrimi bir az da leqallaşdırdı: bizdə futbol "sifarişli oyundu".

Hacı Əfqan Həmzəyev cəddinə and içərək, "qəhrəmanlıqla" məşğuldu, nə çox bu ölkədə bu cür həci-hakimlər... Problem həmzəyevkimilərdə deyil, SİSTEM deyilən o mücərrəd məxluq öz işini görməkdədi. Rövnəq Abdullayev bu maxinator sistemin bir naziri kimi "qul" olmağa məcburdu. Onun bəzi mənəvi həssaslıqları haqda eşitmişəm, amma təkrar olmasın: Abdullayev və digər onunkimilər sadəcə icraçıdılar...

Rövnəq Abdullayevin "Neftçi" avrokuboklara çıxmalıdı" notu bəs eləyir ki, hakimlər, xüsusən Həmzəyev bu cür hoqqalardan çıxsın. Müəyyən qədər onun hakimlikdən başqa hansı "işlər" üçün federasiyaya yaradığını da bilirik...

Lənkəranda gördüklərim sadəcə, dəhşət idi! Dürüst və peşəkar mövqeyinə inandığım həmkarım Erkin İbrahimovun icmalında Əfqan Həmzəyevin qəti surətdə "Neftçi"nin oyunlarına təyin olunması statistikayla göstərilib. Deməli, bildiklərimizi analiz etsək belə çıxır ki, Ramin Musayev növbəti dəfə bədxassəli ssenarinin icraçısı rolunda təsvir olunmalıdı. Ən real mülahizələrdən biri də budu ki, məhz Rövnəq Abdullayevin "ismarıcı" Musayevin vasitəçiliyi ilə yalnız Həmzəyev "fiquruyla" icra oluna bilər və necə ki, belə də olur...

Bu hakim artıq beşinci dəfə idi ki, "Neftçi"nin oyununu idarə edirdi. Məlum qalmaqallı "Turan" - "Neftçi" matçı ilə başlayan silsilənin üç oyununu stadiondan izləmişəm. "Neftçi" - "Standard", "İnter" - "Neftçi" və Lənkərandakı "Böyük oyun". Həmzəyev bu oyunların hamısında "Neftçi"yə açıq-aydın dəstək verirdi. Futbolumuzun düşməni Həmzəyevdi? Düşmən axtarışında deyiləm, Həmzəyev kimdi ki, hansısa oyunda belə hoqqalardan çıxsın... Həmzəyevsifətləri yetişdirən SİSTEM hər gün daha da ağzınlaşır, törəyir.

Rövnəq Abdullayevin "notuna" əməl etmək istənilən halda Musayev üçün hər şeydən öndədi. Musayev göstərir ki, vəzifə onun üçün hər şeydən önəmlidi, bu ölkənin futbolu inkişaf eləyər, nə olar-olmaz, bunlar əsas deyil. Bu ittiham deyil, çünki hər dəfə loyal olmağa çalışsam da, bu dəfə alınmır - reallıq, gördüklərim bunu deməyə vadar edir. Həmzəyev Musayevin etibarlı mənbəsi kimi rəhbərdən gələn notu, bütün "tapşırıqları" yerinə yetirməliydi. Cəddinə qurban olduğu Hacı...

Maraqlıdı, tutalım, Abdullayev "Neftçi"ni vəziyyətdən sivirib avrokuboka çıxarmağı eyham vurub, Musayev bu haqda tapşırıq verir və əməl eləyənlər var, bəs son vaxtlar əlahəzrət halına salınan yeni prezident Sadıq Sadıqov belə vəziyyətdə hansı funksianı daşımalıdı..? Axı vəzifəyə gələndən Sadıqovu tərifləməyən görmədim...

Lənkərandakı oyunda onun necə əsəb keçirdiyini, situasiyanı idarə edə bilmədiyinin şahidi oldum, özü də lap yaxından. Ancaq prosesin tədricən bu hala gəlməsində onun da nöqsanı yox deyil. Mən Sadıqovu belə təsəvvür etmirdim, ən azı eşitdiklərim və bildiyim qədəriylə... Əgər indiyədək 5 oyunda Həmzəyev "Neftçi"nin oyununa təyinat alırsa və hər birində min hoqqadan çıxırsa, təəccüb dolu baxışlarımı Sadıqova tərəf yönəltməyə haqqım çatırmı...? Olmazdımı, indiyədək baş verən hoqqalara görə, Həmzəyevin bu oyunlara təyin olunmaması üçün PFL-ə müraciət olunsun...

TAMAŞANIN pərdəarxasından məlumatı olmayanlar üçün ən maraqlı təxminlərdən biri də o olar ki, futbolumuzda "anşlyuz" siyasətinin baş qəhrəmanı həm də Ramin Musayevdi. Bu söhbəti çoxdan eşitmişəm: "Nə qədər ki mən futboldayam, talışlar ("Xəzər-Lənkəran") çempion olmayacaq".
Oyundan əvvəl və sonra Lənkəranda azarkeşlərdən ən çox eşidilən şikayətlərdən biri də bu idi. Onlar Musayevin bu "əhdini" hər məqamda xatırlayırdırlar. Onlar futbolu analiz eləyə bilirlər, onlar eşitdiyiniz kimi, kobud, intizamsız azarkeş yox, çox tələbkardılar. Hətta Ağasəlim Mircavadovdan, klub rəhbərliyinin köklü islahatlar aparmamasından narazılar ordusu var orda. O azarkeşə bu cür KOBUDLUQ ETMƏK, onların emosialarıyla oynamaq "həmzəyev aləti" istifadə edənlərə dərs olmalıdı. Bu bütün Azərbaycan futboluna, onun azarkeşinə ümidsizlikdən başqa heç nə demək deyil. Həmkarlarım Emin Abbasov, Nail Nurəddinoğlunun da ilk dəfə getdiyi, lakin qətiyyətlə Cənub bölgəsinin, Lənkəranın futbolla yaşadığına əmin olduğu belə bir atmosferə bu cür ümidsizliyin, məyudluğun çökməzi heç birimizi narahat etməyə bilməz...

Ramin Musayevin Sadıq Sadıqovla yaxşı olmayan münasibətləri çox şeydən xəbər verir. Kim sübut edə bilər ki, Musayev "həmzəyev alətiylə" Sadıqovun imicinə zərbə vurmur... Az əvvəl qeyd olundu, Sadıqov hərtərəfli müsbət obraz kimi tanınır mətbuat üçün. Bilin ki, bu Musayevə sərf edən amil deyil. Aradakı "soyuq müharibə" daha çox Sadıqovun əleyhinə işləyir: Musayevin, məsələn, "həmzəyev aləti" ilə üç həmləni birdən öz xeyrinə dəyişməsinə diqqət yetirək:
1. "Neftçi"nin oyunlarına bu hakimin təyin olunması və onun oyun idarəçiliyi götərir ki, burda komandanı müdafiə etməkdən çox, biabır etmək, narazı nəzərləri Sadıqovun üzərinə cəlb etmək motivi var. Xüsusən, bu hal Sadıqov prezident təyin olunandan sonra başlayıb.
2. "Neftçi"nin intensiv olaraq eyni hakimin köməyi ilə vəziyyətdən çıxarılması mətbuatda ajiotaj oyatsın və dolayısıyla Sadıqovun müsbət imicinə zərbə dəysin. Bununla, Musayev mehriban düşmənə qarşı diplomatik planını tətbiq etmiş olur.
3. Musayev bu "əməliyyatı" qüsursuz yerinə yetirsə, bu bir gülləyə üç quşu birdən vurub vəzifədə möhkəmlənmək deməkdi: Rövnəq Abdullayev düşünəcək ki, yaxını Sadıqov yaxşı adam olsa da, Musayev də "vurulmalı" bənd deyil. Bununla Musayev üçün Sadıqov təhlükəsi sovuşur...

Variantlar necədi, xoşunuza gəlir? Çox maraqlıdı, eləmi - baxırsan və ən yaxşı halda dəhşətə gəlirsən. Başqa çarə yox. Amma bunlar nağıl deyil: reallığa daha yaxın olun...

P.S.Təzə xəbərdi: bu il Azərbaycanda istehsal olunan 50 milyon ton neftin 16 milyonu müəmmalı şəkildə yoxa çıxıb. Əslində, çox köhnə xəbərdi...

понедельник, 15 февраля 2010 г.

Эркин Ибрагимов: Разрушая стереотипы

Меня всегда удивляло умение нашего народа создавать тенденцию из серии случайностей, и искать во всем высший смысл. При этом, зачастую, в явной тенденции мы усматриваем серию случайностей, которыми объясняем то, что имеет другое объяснение. Свежий пример – работа, а точнее отсутствие оной в «Нефтчи» тренеришки по фамилии Геде. Уже с первых дней стало ясно, говоря морским языком, что корабль этот плавать не будет. Тем не менее, ярые стороники «германизации» пытались вдолбить футбольной общественности, что такова она, немецкая методика, и скоро Араз Абдуллаев превратится в Басти Швайнштайгера, а сам «Нефтчи» будет выступать не иначе, как в групповой стадии Лиги Чемпионов.

Прошло еще больше времени, и все больше понимающих людей стали шептаться: «Исбах далеко не Бальзак, но этот Подпругин такой уже не Бальзак». Последняя маска, прикрывающая безграмотность Геде, была снята уже тогда, когда команда, обладающая симпатичным набором игроков, еще более усугубила свое положение как в чемпионате, так и в кубке.. Как всегда, в стороне остались инициаторы назначения Геде в «Нефтчи». Ну да ладно с ними, они ведь всегда никогда и нигде не причем. Будет победа – покричат дружно и зычно в самолете по возвращению в Баку. Не будет ее – тоже ничего страшного. Футбол у нас в стране зародился для кого в 2003, а для кого – и вовсе в 2007 году. Конечно, необходимо время (не нам – а им – Э.И.), чтобы во всем разобраться, а виновато, конечно, время. Время нынешнее, которое должно пройти для того, чтобы наступило время будущее, когда конечно, все будет хорошо. Непременно.

По весне хочется поговорить о чем-то и ком-то более серьезном. Тем паче, по Европе завершились игры, так сказать, весенной сессии отборочного раунда. Кроме того, с окончанием марта подошел конец первому году азербайджанскому (и наверное, заключительному – Э.И.) этапу деятельности немецких тренеров. Самое время подвести предварительные итоги, которые, впрочем, больше подходят под окончательные. Ибо, надежды на то, что на и нашем Марсе будут яблони цвести, уже практически нет у всех тех, кто понимает особенности азербайджанского футбола.

Начнем, как водится, с начала. Новоизбранный президент АФФА Ровнаг Абдуллаев избрал верную стратегию развития национальных команд. Действительно, для поднятия уровня главной сборной и сборных различных возрастных категорий, нам необходимы иностранные специалисты. Задача президента – определять стратегию, и она была выбрана верно. Дальше дело за теми, кто по определению помогает (насколько помогает – это иной вопрос – Э.И.) главе национального футбола. Вообще, как происходит подобный процесс в развитых Федерациях?

Сперва, приглашается главный тренер национальной команды. И уже он, и только он определяет, кто будет возглавлять U-21 и ниже. Наша же Ассоциация извратила этот проверенный годами процесс, превратив государственно важную миссию в арену продвижения своих амбиций и протеже. В нашем случае, сперва был назначен главный тренер U-17 и U-21. Формулировка, согласитесь, уже заслуживающая подозрения. Ну почему, объясните мне, один и тот же тренер, причем, довольно слабоватый, должен отвечать за две различные возрастные категории? Ладно бы еще U-15 и U-17, но тут речь идет о совершенно разных возрастах, командах и психологиях. Вдобавок, этот же Бернхард Липперт был назначен куратором всего молодежного футбола нашей и без того многострадальной в футбольном отношении страны. К тому же, наставником U-19 стал Яшар Вахабзаде. Зачем и почему? Мы уважаем его как опытного специалиста, но уж раз немцы, то немцы. Нельзя быть наполовину беременной, все-таки!

Неужели у Ровнага Абдуллаева нет денег на привлечение трех специалистов в сборные? Сейчас, в условиях кризиса, голодные бюргеры приличного уровня ринутся к нам, максимум за 10.000 евро. Сами по себе напрашиваются две версии. Первая - Кто-то хочет контролировать рычаг управления всеми молодежными сборнами в своих руках. Кто? Тот, кто был инициатором приглашения Липперта в Азербайджан. Версия номер два - в АФФА поняли, что за сумму, которая обозначена в контракте Липперта, можно было бы нанять 4-5 специалистов подобного уровня. Вот и нагружают его как можно больше, дабы не было мучительно больно за бесцельно утраченные евро.

К месту будет сделать небольшое литературное отступление, вспомнив диалог Алисы, оказавшейся в стране чудес, и Мартовского Кота:

- Скажите, пожалуйста, куда мне отсюда идти?

- Это во многом зависит от того, куда ты хочешь прийти,- ответил

Кот.

- Да мне почти все равно,- начала Алиса.

- Тогда все равно, куда идти,- сказал Кот.

- Лишь бы попасть куда-нибудь,- пояснила Алиса.

- Не беспокойся, куда-нибудь ты обязательно попадешь,- сказал Кот,-

конечно, если не остановишься на полпути.

Вернемся к нашей Ассоциации чудес. По прошествию года, ясно одно: - Липперт – не тактик. Вполне также возможно, что он и стратег никудышный, но определить это очень трудно, так как должность, как уже сказано выше непыльная, и здесь правильными речами и одним энтузиазмом можно втирать очки всем и вся. Что мы получили? U-17 и U-21 прогресса особого не достигли. Где-то есть продвижение у семнадцатилетних, но это, поверьте мне, скорее результат бесконечных сборов и работы Мирбагира Исаева. Из кабинетов нефтяных структур, равно как и из футуристически оформленного офиса АФФА, всего этого не увидишь. Куда более заметен немец, который, согласно нашим стереотипам, должен нас придти и научить (Привет, Геде! – Э.И.). Просто, если в клубном футболе тренера видно, как на рентгене, в юношеских сборных вполне могут работать бездари от футбола, ибо эти сборные не имеют конкурентов на внутренней арене, ну а поражения в Европе всегда можно свалить на неопытность, арбитров, ну и то же самое время (Привет, эй вы там, в самолете!).

Как же появился Липперт в Азербайджане? Еще до появления Фогтса, наша Ассоциация направила мольбу к старшему немецкому брату, попросив подарить нашему футболу Мессию. Посопев и почесам затылок, какой-то немец с пивным животом решил одарить наш футбол «гением» по фамилии Липперт. Иногда мне кажется, что подобных типажей посылают в Африку по линии гуманитарных программ ООН. Вести, например, физкультуру в школах Конго, или проедать грант на спортивную тематику где нибудь в дебрях Зимбабве. Кстати, вы когда-нибудь видели тренировки наставника U-15 по фамилии Пильзер? Когда он приехал в Азербайджан, то не снимал с себя куртку с изображением эмблемы Mercedes. Я уж, часом, подумал, что это механик, который будет обслуживать какую-то выписанную АФФА технику из Германии. Хотелось даже поинтересоваться у него ценами на подержанные машины, и попросить посодействовать в привозе. Оказалось, это тоже тренер. Более того, именно ему АФФА поручает принимать тесты у наших молодых специалистов, сдающих экзамены на получение тренерской лицензии. Не говоря о комичности этой ситуации, это, к тому же, и нарушение элементарной субординации.

Больше всего, в этой ситуации, обидно даже не за украденные у нас с вами деньги. Да да, уважаемая публика, всех нас обворовывают на протяжении года. Ибо, деньги, которые тратятся на огромные зарплаты Фогтса, Липперта и Пильзера – наши с вами деньги, которые мы выплачиваем в виде налогов. Иногда, обсуждая эту тему с людьми недалекими, которую зачастую оказываются не столь далекими к руководству АФФА, можно услышать один и тот же шаблонный ответ: «А что вам с зарабатываемыми немцами деньгами? Не лезьте в чужой карман!». Господа хорошие, во-первых для ЭТИХ немцев эти деньги слишком большие. Настолько большие, что и в кошельки их не поместятся, скажу я вам, а вы уже сами свои выводы делайте. А во-вторых, повторюсь, деньги эти наши с вами.

На телеканале Animal Planet существует очень интересная передача под названием «Разрушители стереотипов». Вместе с вами, мы постараемся разрушить стереотипы, созданные и навязываемые нами из тех самых кабинетов. Сегодня мы разрушили первый. Система национальных команд в АФФА построена изначально неправильно, и при таком фундаменте вся пирамида молодежных команд будет продолжать оседать. И пусть вас не обманывают немецкие фамилии и громкие обещания (Привет, Геде! – дубль 2). В следующей серии «Разрушителей стереотипов» мы займемся препарацией национальной команду Азербайджана эры Фогтса, и вместе убедимся, что находимся у разбитого корыта. Корыто то оно разбито, но наспех заклеено изолентой немецкого производтсва. Она, впрочем, не устоит перед напором бакинского ветра. Можете в этом не сомневаться!

Erkin İbrahimov // erkin@azerifootball.com

60-cı maddəyə "tost"


Avro-2012-nin təsnifatında Azərbaycanın Almaniya və Türkiyə ilə eyni qrupa düşməsi bizim futbol aləmində necə rezonans doğurdu- bu haqda köşə yazacaqdım və deyəcəkdim ki, ən dərin rezonans idman dükanlarında olub: Türkiyə və Almaniya yığmalarının futbolkaları indi 25% daha baha satılır. Amma alverin nə fərqi, gəlin sizə daha maraqlı bir məsələdən danışım. Qəzeti altınıza qoymazdan, pendirə bükməzdən əvvəl açıb oxusaz, görərsiz ki, bu ölkədə qara camaatın acından quruldayan qarnının səsini hökümətə eşitdirən mətbuat da belə çezdirildi. ...Səs xoşa gəlmirdi, heç getmirdi də.

Parlamentin dünən keçirilən iclasında KİV haqqında qanunun 60-cı maddəsinə dəyişikliklə söz azadlığının da "fatihəsi" verildi. Təbirklər! İrəliləyiş var! Deməli, bundan sonra şəxsin xəbəri olmasa və ya etiraz eləsə, onu izləmək, video, foto çəkilişi, səsinin yazılması qadağandı. Çoxdan idi ki, Təhsil Haqqında qanunu qəbul eləməyə gücənən parlament KİV qanununa soxmaq istədiyi "barmağı" imkan eləyib dibinə qədər yeritdi...

Sonra da deyirlər ki, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanı dünyada ən bərbad ölkələr sırasına salınması bizə qarşı qərəzdi. Onsuz da qəşəng çıxış yolu tapmışdız da, day mətbuatı açıq-aşkar niyə boğursuz ki..? Belə bir işə qol qoyan deputatın səsverəninə də bir quş...

İnandırıcı deyil ki, sabah camaat küçələrdə toplaşıb hökümətə bu antidemokratik qərara görə etiraz edəcək, qəzetlər fəaliyyətini dayandırmaqla boykota başlayacaq, TV-lər də həmçinin. Ona görə də xımır-xımır alverimizi edək, futbolumuzu oynayaq, maşınımızın, hətta çömçə-qaşığımızın kreditini fikirləşək. İmkan olanda da yazaq...

Qıraqdan baxanda əntiqə qərardı: günün birində, götürək elə Vüsal Əliyevi, yenidən "stavka" yazan yerdə görsəm, onun bu yerdə fotosunu çəkib qəzetə verməyə tələsməməliyəm. Əvvəlcə, yaxınlaşıb deməliyəm ki, Vüsal bəy, üzr istəyirəm, siz hakimsiz, "stavka" yazmağınız qanunla qadağandı, amma Allah canınızı sağ eləsin, öz ayaqlarınızla gəlmisiniz bura qədər, bu mənimçün əla imkandı, indicə sizin şəklinizi çəkib verəcəm qəzetə. Altından da yazacam ki, "Vüsal Əliyev hakimdi, yoxsa "qumarbaz"?!". Bu əsl sensasiya olar! İmkan verin, işimizi görək. Bir az uyğun səmtdə dayanın ki, fotoda tam düşəsiz.

Ya da hansısa klub rəhbəri, ya AFFA vəzifəlisi mənə rüşvət təklif elədi, mən də bu məqamda qayıtdım ona ki, qardaşım, pardon, az əvvəl dediklərini təkrar edə bilərsənmi, KİV haqqında qanuna edilən dəyişikliyə görə, yalnız sənin icazənlə, mən bunları diktofona yazmalıyam ki, səni qəzetdə ifşa edim.

Nədi, gülməlidi? "Belə şey ola bilməz, mümkün deyil"- deyirsiz? Hə vallah, belədi. Bu qanuna edilən dəyişikliyin el diliylə izahı ən yaxşı halda bu cürdü. İndi özünüz deyin, belə əbləh parlamentin, səbatsız dövlətin "Futbolun inkişafına dair Dövlət Proqramı"nın xeyirini gözləməyə dəyər? Guya heç xəbərimiz yoxdu da bu ölkədə futbol klubu saxlamaq üçün oliqarxlar "tavana otuzdurulub"...

Sən alverçi olsan da, lap yaxşı bilirsən ki, bu ölkədə bir həftəyə demokratik, müasir düşüncəli insanları, iqtisadiyyatı şəffaf bir ölkə bərpa etmək olar, elə mənasız proqramlara da ehtiyac qalmaz, hər iş öz normasında, qaydasında gedər. Amma bilsən də, etiraz eləməzsən. Səsini də çıxarmazsan. Çünki rüşvət verib, müştərini çəkidə aldadıb dolanırsan da yavaş-yavaş. Uşaqlarına pulla attestat alıb, pulla hazırlaşdırıb, universitetdə də pulla diplom alıb, pulla işə qoyub, puluna görə qızını ərə verib, oğluna qız alıb artıb-törəyəcəksən. O törəmələrindən biri futbolçu, biri məşqçi, biri hakim, biri Hakimlər Komitəsinin sədri, biri PFL-in prezidenti, digəri də AFFA-nın prezidenti olacaq. Bəyəm sizə proqram lazımdı, tikin-çevirin də bu ölkəni...

Hər topun bir siyasəti olar, amma vallah, belə əxlaqsızlıq olmaz! Mətbuat hadisəni insanlara çatdırmaq üçün fakt toplamalıdı. Əgər şəxsin özündən icazə alıb ondan sorğu, foto, video çəkiliş edəcəksə, səsini yazacaqsa, onda o, jurnalist yox, inşa yazan, ya da şair olar. Jurnalistika belə sərhədlərlə ölçülmür. Deyək ki, 60-cı maddəni pis günə qoyan Əli Həsənov haqlıdı, məqsəd "reket jurnalistikasının" qarşısını almaqdı. Amma bu cür vasitə gülməli çıxır. Bununçün konstitusiya- qanun var! KİV qanununu belə günə qoymaq olmaz! Amma oldu...