воскресенье, 20 июня 2010 г.
Anti-Vuvuzela
Biz ermənilərə balaban azarını tərgidə bilmirik, FİFA da CAR-ın muhafizəkar camaatına vuvuzelanı. Dirəniblər ki, milli alətimizdi, təbliğinə fürsət düşüb. Günümüzə bax da...
Ermənilər "Avroviziya"da hər dəfə balaban səsi çıxarmasalar, elə bil başlarına daş düşər.
Burda deyirlər e, hərə bildiyini çalır. Bir də ki bu, normal şeydi, kim daha yaxşı çaldısa, dünya-aləm onun səsini eşidir. Etirazınız yoxdusa, davam eləyək.
Milçək vızıltısı yaradan bu alət dünya çempionatında sükutu pozan tək şeydi - papamın dediyinə görə, bu qəşəng sözü TRT1-in şərhçisi işlədib. Adama elə gəlir ki, Azərbaycanda 1 milyard ildən sonra da belə kreativ şərhçilər olmayacaq. Rövşən Binnətlinin səsi lya notundan bir qram da aşağı enməyəcək, amma ...Kapellonun seçimindəki problemləri analiz etmək haqqımız olmasa da, komandanın göstərdiyi oyun bunu düşünməyə, danışmağa səbəb yaradır... kimi uzundraz, bozbaş cümlələrlə ölkəmizin ən təcrübəli şərhçilərindən biri olaraq qəlbimizdə daima yaşayacaqdır...
Allah kəssin DÇ-nizi. Qızların çoxu futbolu sevmir. Özü də fikir verin, sual versən, sevməyənlər bunu xüsusi təmtəraqla ətrafa bildirir - "futboldan zəhləm gedir!!!" - məsələn, bu cür və s.
Çünki səbəb var - onun "Nəbisi", "Babəki", allah qoymasa, "Koroğlusu" futbol vaxtı hiss elətdirir ki, futbolu ondan da çox sevir.
AzTV-dən də qoca Fikrət Adgözəlov deyir ki, "...futbol dünyanı xilas edəcək". Bilirəm, bunu Brilliant Dadaşovanın verilişində, "qurtuluş günü" adlı bayrama həsr olunmuş buraxılışda demək yemək yemək kimi bir şeydi. Ancaq Fikrət əmidən qat-qat üzr istəyirəm, bizdə böyüyün üzünə qayıtmazlar, yoxsa "evdə qalarsan" - deyirlər, mənə çatmadı, futbol necə, nə cür xilas edəcək dünyanı? Ya futbol buna borcludu? Ya FİFA-nın belə bir öhdəliyi var? Niyə də, Fikrət əmi, niyə? Sizə niyə elə gəlir ki, futbol dünyanı xilas etməlidi? Niyə boş-boş danışmaqdan əl çəkmirsiz...
AzTV-yə daimi baxanlar elə bilir ki, Qarabağ çoxdan azad edilib. Həqqi deyirəm, vallah! Orda işğal söhbəti yoxdu, biz Qarabağı artıq almışıq, qalıb sənədləşdirməyi... Yəni bu kanalda hər şeyin xilasından danışırlar, vasitədən danışan yoxdu. Əsəbləşdim e deyəsən bir az, hə? Yaraşmır da heç...
Qulağıma çatıb ki, Tahir Süleymanov yay mövsümünə adaptasiyanı priçoskasından başlayıb. Bir balaca önə buraxılan və alnı qapayan tərzli saç düzümü günəşin ultrabənövşəyi şüalarının qarşısını almaqda faydalıdı. Ümumiyyətlə, həmişə faydalı əməllərlə məşğul olan bu adam hələlik ki bütün bu qazandıqlarına görə Sadıq Sadıqova dərin minnətdarlığını bildirməyi də unutmur.
Yuxarıdakı abzas Tahir müəllimə hədsiz simpatiyamın bəhrəsidi. Bu adam nəsə ayrı aləmdi ee..! Xeyli vaxtdı televizora da çıxmır. Düşünürəm ki, vuvuzela söhbətində xeyli kənarlaşdıq, amma faydalı.
Ramin Musayevin müasir, intellektual sözlərdən zəhləsi gedir, bunu uşaqlardan eşitmişəm. Ancaq bu tip sözlərin Musayevdən ötrü sinov gediyini eşitməyimə gərək yoxdu, özüm də bilirəm. Həm də bilirəm ki, ona verdiyin sualda termin-filan işlətsən, evin yıxıldı, əsəbindən müsahibəni yarımçıq qoyub, çıxıb gedəcək. Ona görə də vuvuzela nə olan şeydi, qoyaq kənara, Ramin müəllimdən astaca soruşaq: Ramin bəy, dünya çempionatının səviyyəsi yüksəkdi, yoxsa Azərbaycan Premyer-Liqasının?
Günay ELTAC
суббота, 5 июня 2010 г.
Çiləmə ki...
Azərbaycanda futbolun inkişafı üçün AFFA-nın həyata keçirdiyi vacib, təxirəsalınmaz işlərdən biri də "Top festivalıdı". Analoqu olmayan bu tədbir indiki rəhbərliyin ağlının eksklüziv məhsuludu. Rövnəq Abdullayev assosiasiyaya prezident keçəndən sonra tez-tez dediyi "...kütləviləşməlidir!" - sözünü əmələ çevirib və ənənə halına salıb.
Artıq neçə ildi ki, aşağı yaşlı top həvəskarlarını bir yerə toplayıb yuxarıda deyilən kütləviləşmə niyyətini həyata keçirirlər. Sumqayıtda təşkil edilən budəfəki topçiləmə mərasimindən xoş xəbər var: ötənkilərə nisbətən, bu dəfə top çiləməyə maraq xeyli artıb. AFFA-nın saytında tədbirdən hazırlanmış videorolikə baxdım, həqiqətən, elə idi. Əynində forması sallaşan balaca futbol fidanları topa yerə düşməyə aman vermirdilər. Bir neçə il də belə davam eləsə, ölkə futbolu AFFA-nın sayəsində janqlyorların əlinə keçəcək.
Tədbirin daha bir özəlliyini onda gördüm ki, hakim`i-katib`i-Elxan Məmmədov "Avroviziya"dan tanıdığımız Aysel Teymurzadənin pərəstişkarıymış. Festivalın girişində oxuyan müğənni, "Mən oğlan olsaydım, məmnuniyyətlə futbolçu olardım" deməyi də unutmayıb. Məmmədov tədbirdə çox şad görünüb.
Adına baxanda bir az məzəli görünsə də, əslində, topçiləmək tədbirinin futbolun kütləvişləşməsi adına uğurlu seçim olduğunu qeyd eləmək olar. Ancaq Azərbaycan kimi ölkələrdə yox. Bizdə bu tip işlər "pul silmək" niyyətiylə görülür...
Azərbaycanda futbolun kütləviləşməsi üçün dəridən-qabıqdan çıxmağa gərək yoxdu, hörmətli federasiya əhli! Bir az peşəkar olmaq lazımdı ki, bölgələrdə, kəndlərdə təbii istedadları üzə çıxarıb, onlarla iş görülsün. Bir İslam Kərimovumuz var, o da onun-bunun uğuruyla təsəlli tapır. Adamın heç olmasa yolpulunu versəz, gedib sizinçün futbolçu da tapar, onu yetişdirər də, hələ üstəlik, müxalifliyindən də əl çəkər. Heç top festivalı kimi konsertlərə ehtiyac qalmaz.
Açığı, siz kütləviləşmə üçün xərclədiyiniz pulları, bir balaca, havaya sovurursuz. Çünki Azərbaycanda insanları öz oyununa stadionda baxmağa vadar edəcək futbolçu çox azdı, siz bunun xiffətini çəkin. Camaat futbola heç televiziyadan da baxmaq üçün stimul almır. AFFA-nın saytı yazır ki, "Gərgin mübarizədən sonra «Top Festivalı»nın qalibi adını Tural Bayramlı qazanıb. 2-ci yeri Ramil Orucov, 3-cü yeri isə Ülvi Bayramlı tutub. Qızlar arasında yarışın qalibi Nərminə İsmayılova olub". Görəsən, həmin bu gərgin mübarizə Tural, Ramil, Ülvi və elə Nərminəyə "Hyundai"ın sir saxlanılan hədiyyələrindən başqa nə qazandırdı və yaxud, kütləviləşməyin bu hoqqaya nə dəxli... Hanı bundan əvvəlki topçiləyən birinciləriniz? Bir Rəhman Şabanovu qazanmışdıq, onu da Ukraynaya futbol savadını artırmağa göndərdiz, sonra ondan da əsər-əlamət qalmadı.
Yalan deyirəmsə, Ramin Musayevdən soruşun, o təsdiqləyər, "Top festivalı"nın böyük həvəslə və böyük pullarla keçirilməsi Elxan Məmmədovun şəxsi marağındadı. Bu cür düşünməyə əsasım da var: adama deyirsən ki, uşaq futbolu məşqçiləri peşəkarlığın kənarından da keçə bilmir, uşaqlarla böyük kimi davranır, söyüş söyür, məşq əvəzinə gimnastika elətdirir və s. heç eninə də almır. Bu şeyləri ruscaya tərcümə eləyib deyirsən, yenə xeyri yoxdu, Məmmədov uşaq futboluna fayda verəcək heç bir genişplanlı işə qol qoymaq istəyində deyil. Amma topçiləmək yarışını canfəşanlıqla keçirir, çünki bundan asan iş yoxdu. Sual verəndə də dərhal inkişaf adına görülən işlərin birinci sırasında bu şeyləri sadalayır. Hələ xəbəri olsa ki, bu yüngülvari işlər futbolun inkişafına aid o yekəlikdə dövlət proqramı çərçivəsində görülür, Berti Foqtsu belə, hıçqıraq tutar. Azərbaycan futbolu bir kənara, heç olmasa əziziniz Foqtsa insafınız gəlsin, Mr`Məmmədov!
Подписаться на:
Сообщения (Atom)